|
21 dekabr 2011, 19:30
İlham Əliyev Avropa Xalqları Partiyasının prezidenti Uilfrid Martensin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Avropa Xalqları Partiyasının prezidenti Uilfrid Martensin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı ölkəmizin Avropa institutları ilə əlaqələrinin sürətlə inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev bu ilin sentyabrında Polşada “Şərq Tərəfdaşlığı” Proqramına qoşulan ölkələrin uğurla keçən sammitinin önəmini qeyd etdi. Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycana və özünün Brüsselə səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bütün bu tədbirlərin ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı baxımından əhəmiyyətli olduğunu dedi. Dövlətimizin başçısı Uilfrid Martensin ölkəmizə səfərinin Avropa Xalqları Partiyasının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığının daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Avropa Xalqları Partiyasının prezidenti Uilfrid Martens “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabının Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini dövlətimizin başçısına təqdim etdi. Uilfrid Martens Yeni Azərbaycan Partiyasında keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verdi. O, rəhbərlik etdiyi Avropa Xalqları Partiyasının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığının genişləndirilməsinə maraqlı olduğunu bildirdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.