|
21 dekabr 2011, 19:45
İlham Əliyev Avropa Parlamentinin deputatı, Parisin 7-ci rayonunun meri xanım Rəşidə Dati ilə görüşmüşdür
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 21-də Avropa Parlamentinin deputatı, Parisin 7-ci rayonunun meri xanım Rəşidə Dati ilə görüşmüşlər. Dövlət başçısı Azərbaycan ilə Fransa arasında əlaqələrin geniş sahələri əhatə etdiyini bildirdi. Fransa Prezidenti Nikola Sarkozinin Azərbaycana səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev fransalı nazirlərin və iş adamlarının da mütəmadi olaraq ölkəmizə səfərlər etdiklərini vurğuladı. İqtisadi sahədə əlaqələrimizin yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın ilk telekommunikasiya peykinin Fransa şirkəti tərəfindən səmaya qaldırılacağını qeyd edərək Fransa şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiklərini dedi. Mədəniyyət sahəsində də əməkdaşlığın son vaxtlar sürətlə inkişaf etdiyini bildirən Prezident İlham Əliyev bu baxımdan Heydər Əliyev Fondunun Parisdə keçirdiyi tədbirlərin önəmini vurğuladı. Bir neçə ildən sonra Bakıda fransız məktəbinin fəaliyyət göstərəcəyini qeyd edən Prezident İlham Əliyev Azərbaycan ilə Fransa arasında bütün sahələrdə yaxşı nəticələr əldə olunduğunu dedi. Avropa Parlamentinin deputatı, Parisin 7-ci rayonunun meri xanım Rəşidə Dati Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ilə Parisdə keçirdiyi görüşü məmnunluqla xatırladı. Azərbaycan mədəniyyət günlərinin Parisdə böyük uğurla keçirildiyini vurğulayan xanım Rəşidə Dati mədəniyyətimizin təbliği baxımından tədbirin mühüm əhəmiyyət daşıdığını qeyd etdi. 21 dekabr 2011, 19:40
İlham Əliyev Rusiya Dövlət Televiziya kanalının “Vesti v subbotu” verilişinin aparıcısı Sergey Brilyova müsahibə vermişdir
more...
21 dekabr 2011, 22:10
“Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 221-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
more...
AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.