Gerb

22 dekabr 2011, 21:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2011-ci il iyulun 27-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Çin Xalq Respublikası Müdafiə Nazirliyi arasında Çin tərəfindən Azərbaycana göstərilən təmənnasız hərbi yardımın reallaşdırılması haqqında Sazişlərə Əlavə Protokol” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası tərəfini xəbərdar etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2011-ci il.