Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkeldən

23 dekabr 2011, 16:10

Hörmətli cənab Prezident, əziz cənab Əliyev.

Sizi 50 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sizin ad gününüz ölkənizin Almaniya tərəfindən ilk gündən dəstəklənən müstəqilliyinin 20-ci ildönümünə təsadüf edir.
Mən Sizə öz bayramınız olan ad gününüzdə möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,

Angela Merkel

Almaniya Federativ Respublikasının
Federal Kansleri