|
23 dekabr 2011, 18:30
Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovdan
Hörmətli İlham Heydər oğlu. Sizi anadan olmağınızın 50 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Bu gün Sizin səmərəli həyat yolunuzun mühüm mərhələsidir. Siz Azərbaycan Respublikasının rəhbəri kimi bütün güc və enerjinizi onun gələcək inkişafına sərf edərək, atanız – görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin həyatının məramı olmuş işi layiqincə davam etdirən əsl xalq liderinə çevrilmisiniz. Sizin rəhbərliyiniz altında Azərbaycan dövlətçiliyin möhkəmlənməsində, sosial-iqtisadi, mənəvi və mədəni inkişafda yeni təkan almışdır. Bu gün Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında hərtərəfli əməkdaşlıq yüksək səviyyəyə çatmışdır. Azərbaycan ilə Dağıstan arasında mehriban qonşuluq əlaqələri inkişaf edir və dərinləşir. Qəti əmin olduğumu bildirirəm ki, xalqlarımızı birləşdirən, zəngin həyat təcrübəsinə söykənən mehriban dostluq, qonşuluq və əməkdaşlıq ənənələri bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və Azərbaycan xalqının rifahı naminə çoxşaxəli və məsuliyyətli fəaliyyətinizdə gələcək uğurlar barədə səmimi arzularımı qəbul edin.
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.