Gerb

09 iyul 2010, 12:43

Hörmətli xanım Prezident,

Qırğızıstan Respublikasının keçid dövrü Prezidenti vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizi təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə cansağlığı, dost Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 iyul 2010-cu il.