|
09 iyul 2010, 16:47
İlham Əliyev Polşanın ölkəmizdəki səfirini qəbul etmişdir
Prezident İlham Əliyev Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevskini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Dövlət başçısı Kşiştof Krayevskinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulamışdır. Prezident İlham Əliyev münasibətlərimizin inkişafında Polşanın keçmiş Prezidenti mərhum Lex Kaçinskinin xüsusi rolunu qeyd etmişdir. Dövlət başçısı bildirmişdir ki, ölkələrimiz arasında münasibətlərin dinamik və müsbət istiqamətdə inkişaf etməsi dövlət başçılarının ikitərəfli əlaqələrə göstərdikləri diqqətin təzahürüdür. Münasibətlərimizin inkişafında səfirlərin rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev Kşiştof Krayevskinin əlaqələrimizin genişlənməsi üçün çox işlər gördüyünü vurğulamış, onun ölkəmizdəki bir çox proseslərdə fəal iştirak etdiyini bildirmişdir. Səfirə gələcək fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmlənməsində xüsusi xidmətlərinə görə Kşiştof Krayevskinin “Dostluq” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzaladığını demiş və ordeni ona təqdim etmişdir. Səfir Kşiştof Krayevski Azərbaycanın “Dostluq” ordeninə layiq görülməsindən böyük şərəf hissi keçirdiyini vurğulamışdır. Bakıya gəldiyi ilk günü xatırlayan diplomat onun ölkəmizdəki fəaliyyətinə Azərbaycan Prezidentinin verdiyi yüksək qiymətdən təsirləndiyini demiş, bunun özü və ölkəsi üçün çox vacib və əhəmiyyətli olduğunu bildirmişdir. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluğunu bildirən diplomat səfirliyin işinə şəxsən Azərbaycan Prezidentinin böyük dəstək verdiyini qeyd etmiş və buna görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.