|
24 dekabr 2011, 14:00
Ukraynanın Prezidenti Viktor Yanukoviçdən
Hörmətli İlham Heydər oğlu! Sizi 50 illiyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası uğurlu inkişafını davam etdirir, ölkə həyatının bütün sahələrində yüksək nailiyyətlər nümayiş etdirir, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirir. Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirərək, əminəm ki, Siz qarşılıqlı fəaliyyətin bütün sahələrində bundan sonra da Ukrayna-Azərbaycan əməkdaşlığının dərinləşməsinin səmimi tərəfdarı olaraq qalacaqsınız. Əminəm ki, qarşılıqlı anlaşma, mehriban qonşuluq və konstruktiv dialoq ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinin dəyişməz tərkib hissəsi olacaqdır. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ölkənizin rifahı naminə yeni nailiyyətlər, dost Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.