|
24 dekabr 2011, 15:10
Moldova Respublikasının Baş naziri Vladimir Filatdan
Hörmətli cənab Prezident! Yubileyiniz münasibətilə mənim ən səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Fürsətdən istifadə edib qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında dövlətçiliyin möhkəmlənməsi, daxili islahatların səmərəli həyata keçirilməsi, xarici siyasi məqsədlərin müvəffəqiyyətlə reallaşdırılması yolunda sanballı uğurlar nümayiş etdirir. Ölkələrimiz arasında əməkdaşlığın böyük potensiala malik olduğuna əminliyimi ifadə edərək, Moldova tərəfinin Azərbaycan Respublikası ilə dialoqu ikitərəfli gündəliyin bütün spektri üzrə, Moldova-Azərbaycan münasibətlərinə xas olan dostluq və qarşılıqlı anlaşma ruhunda fəallaşdırmağa və bundan sonra da möhkəmləndirməyə hazır olduğunu vurğulamaq istəyirəm. Zati-aliləri, icazə verin, Sizə möhkəm cansağlığı, uzun ömür, uğurlar və furavanlıq arzulayım.
Hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.