|
24 dekabr 2011, 15:05
Fransa Respublikasının Prezidenti Nikola Sarkozidən
Cənab Prezident, əziz İlham. Mən 50 illik yubileyiniz münasibətilə Sizə şəxsi səadət arzularımı çatdırıram. Bu arzuları, eyni zamanda, Sizin həyat yoldaşınıza və mənim oktyabrın 7-də Bakıya rəsmi səfərim zamanı qonaqpərvərliyindən və işgüzarlığından məmnun qaldığım Azərbaycan xalqına da aid edirəm. Sizin və xanım Əliyevanın məni qarşılamağınızdan ən gözəl xatirələrim qalıb. Bizim aramızda olan şəxsi münasibətlər Azərbaycan və Fransa arasında qurmaq istədiyimiz xüsusi əlaqələr üçün çox qiymətli amildir. Biz regional stabillik, Avropanın enerji sahəsində gələcəyi, cəmiyyətdə dinlərin tutduğu yer və əlbəttə ki, sülh yolu ilə həll edilməsi hər iki tərəf üçün çox əhəmiyyətli olan və Fransanın da tamamilə bu prosesə qatıldığı Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi apardıq. Biz bütün bu mövzular üzrə ümumi razılıq əldə etdik və mən istərdim ki, bu mövzular bizim ölkələr arasında strateji əməkdaşlıq haqqında razılaşma üçün müzakirələrin başlanğıcı olsun və bu proses bizim diplomatlar tərəfindən davam etdirilsin. Sizin diplomatiyanızın uğuru olan və bu münasibətlə Sizi təbrik etdiyim Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında növbəti iki il ərzində yer alması faktı çoxşaxəli siyasətin bütün mövzuları üzrə bizim aramızda əlaqələrin çoxsahəli və intensiv olması imkanı yaratmalıdır. Sizi inandırıram ki, Fransa tam səmimi olaraq hər dəfə münasib bildiyiniz zaman Sizinlə öz təcrübəsini paylaşmaq üçün əlindən gələni edəcəkdir. Bakıda tikiləcək fransız liseyinin ilk təməl daşını qoymaqla, biz rəmzi olaraq Fransa-Azərbaycan ikitərəfli münasibətlərini möhkəm bünövrə üzərində qurduq və buna görə Sizə təşəkkür edirəm.
Cənab Prezident, əziz İlham, yubileyinizin Sizin və yaxınlarınız üçün ailə səadəti, ölkəniz üçün isə uğur və çiçəklənmənin sinonimi olmasını arzulayaraq, Sizə ən dərin dostluq hörmətimi bildirirəm. 24 dekabr 2011, 15:15
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül İlham Əliyevə telefonla zəng etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.