|
24 dekabr 2011, 15:20
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkodan
Hörmətli İlham Heydər oğlu, Sizi anadan olmağınızın 50 illiyi münasibətilə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm! Federasiya Şurasında Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətinizi yüksək qiymətləndirir və Azərbaycanın iqtisadiyyatda, mədəniyyətdə, ölkənin ictimai həyatında və dünya məkanında mövqelərinin möhkəmlənməsində sanballı nailiyyətlərini böyük məmnuniyyətlə qeyd edirlər. Dost və konstruktiv Rusiya-Azərbaycan dialoqunun, onun ayrılmaz tərkib hissəsi olan Federasiya Şurası və Azərbaycan Milli Məclisi arasında əməkdaşlığın davam etdirilməsinə əminliyimi ifadə edirəm. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə gələcək uğurlar arzulayıram. Hörmətlə,
Valentina Matviyenko AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.