|
24 dekabr 2011, 15:30
Litva Respublikasının Prezidenti Dalya Qribauskaytedən
Hörmətli cənab Prezident! Anadan olmağınızın əlli illiyi münasibətilə səmimi təbriklərimi lütfən qəbul edin. Sizə və ailənizə böyük xoşbəxtlik, qüvvət və möhkəm cansağlığı arzulayıram. Azərbaycanı sülh, rifah və təhlükəsizlik yolu ilə irəli aparmaqda Sizə böyük uğurlar diləyirəm. Bu ilin may ayında Azərbaycana səfərimi və apardığımız səmimi söhbəti böyük ehtiramla xatırlayaraq, qəti şəkildə ümidvar olduğumu bildirmək istəyirəm ki, ikitərəfli əməkdaşlıq dövlətlərimizin rifahı naminə davam edəcək, ölkələrimizin, eləcə də xalqlarımızın firavanlığına və təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcəkdir. Mən, həmçinin Litva ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsinə yetirdiyiniz şəxsi diqqətə və verdiyiniz dəstəyə görə minnətdaram. Bu dəstək olmadan qazandığımız böyük nəticələrin əldə edilməsi çox çətin olardı. Yaxşı bilirəm ki, Litva ilə Azərbaycanın işgüzar dairələrinin, alimlərinin və ictimai xadimlərinin ikitərəfli təmasların daha da inkişaf etdirilməsi ilə bağlı bir çox maraqlı ideyaları vardır. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni dialoqun təşviq edilməsini arzulayaraq, fürsətdən istifadə edib, Sizi lütfən Litvaya səfərə dəvət edirəm. Ad gününüz münasibətilə Sizi bir daha təbrik edir və Yeni il münasibətilə ən xoş arzularımı çatdırıram. Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Dalya Qribauskayte AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.