|
20 dekabr 2011, 18:10
MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında İlham ƏIiyevin nitqi
-Hörmətli Dmitri Anatolyeviç!
Əvvəla Moskvanı ziyarət etmək və bizi iclasda iştirak etmək üçün dəvətinizə görə təşəkkürümü bildirirəm. İndi aparılan qeyri-formal və səmimi diskussiya təşkilatımızın nə qədər mühüm olduğunun parlaq göstəricilərindən biridir. Həmçinin İslam Əbdüqəniyeviçə və Qırğızıstan Prezidentinə atam Heydər Əliyev haqqında dedikləri xoş sözlərə görə təşəkkür etmək istərdim. Bu, yəqin ki, ikiqat rəmzidir. Belə ki, o, bu binada xeyli illər keçirib. O, Azərbaycanın, Sovet İttifaqının rifahı naminə işləyib. 1970-ci illərdə Bakıda işləyərkən Azərbaycanın rifahı naminə, 1980-ci illərdə Sovet İttifaqı hökumətində işləyərkən Sovet İttifaqının rifahı naminə çalışaraq, müstəqil Azərbaycanın Prezidenti kimi 10 il ərzində dövlətçiliyin təməlini qoymaqla bizə inamla, uğurla irəliləməyə imkan verdi. Buna görə də onun dostlarına təşəkkür etmək istərdim. Ona görə ki, MDB-nin 20 illiyinin qeyri-formal şəraitdə keçirildiyi bu görüşdə onu xatırlayırlar. 20 il böyük müddətdir, eyni zamanda, tarixi nöqteyi-nəzərdən o qədər də böyük müddət deyildir. Bu gün artıq həmkarlarım 1980-1990-cı illər arasında baş verən prosesləri qiymətləndirdilər. Bəziləri dəyişikliklərdə özləri də iştirak edərək ölkələrinin dövlətçiliyinin bünövrəsini qoyublar. Əlbəttə, mən də razıyam ki, 1990-cı illərin əvvəllərində baş verənlərin əsas yekunu bu oldu ki, yeni dövlətlərin yaranması nisbətən dinc yolla həll edildi. Əlbəttə, bu, hamı üçün dinc keçmədi. Bizim ölkəmizə gəlincə, hələ Sovet İttifaqının dağılması ərəfəsində torpaqlarımız işğala məruz qaldı. Amma bütövlükdə MDB-nin üzvü olan əksər ölkələr arasındakı bugünkü münasibətlər - dostluq, tərəfdaşlıq münasibətləridir. 20 il ərzində biz büsbütün dəyişmişik. İqtisadi sistemi tamamilə dəyişmişik. Böyük ölçüdə AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.