|
10 iyul 2010, 10:43
Ukraynanın Prezidenti Zati-aliləri cənab Viktor Yanukoviçə
Hörmətli Viktor Fyodoroviç,
Sizi yubileyiniz – anadan olmağınızın 60-cı ildönümü münasibətilə ürəkdən təbrik edirəm.
Dost Ukraynaya başçılıq etməklə Siz dərindən düşünülmüş və məqsədyönlü siyasətinizlə xalqınızı cəmiyyət həyatının bütün sahələrində qətiyyətlə islahatlar və modernləşdirmə yolu ilə aparırsınız. Ölkədə qanunçuluq və asayiş möhkəmlənir. Beynəlxalq birlikdə onun nüfuzu artır.
Ta qədimlərdən Azərbaycan və Ukraynanı sıx dostluq, qarşılıqlı etimad və dəstək telləri bağlayır. Əminəm ki, bizim dövlətlərarası münasibətlərimiz bu xoş ənənələrə söykənərək, xalqlarımızın çiçəklənməsi, regionda sülhün, sabitliyin və tərəqqinin naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Hörmətli Viktor Fyodoroviç, Sizə dövlət fəaliyyətinizdə gələcək uğurlar arzulayıram. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLiyev Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 iyul 2010-cu il AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.