|
26 dekabr 2011, 14:05
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovdan
Hörmətli İlham Heydər oğlu! Əziz dostum və qardaşım! Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Mən xoşbəxtəm ki, Siz 50 illik yubileyinizi gücünüzün və enerjinizin aşıb-daşdığı bir şəraitdə, doğmalarınızın və yaxınlarınızın, həmfikirlərinizin və silahdaşlarınızın əhatəsində qarşılayırsınız. Azərbaycan xalqının dəstəyi, möhkəm, sıx birləşmiş komanda Sizin öz Vətəninizə xidmət işində böyük uğurlar qazanmağınıza imkan vermişdir. Biz Azərbaycanın uğurlarını müşahidə edirik. Şübhəsiz, onlar Sizin qətiyyətinizin, əməksevərliyinizin və fədakarlığınızın bəhrəsidir. Sizin həyata keçirdiyiniz iqtisadi strategiya cəmi üç ildə yoxsulluq səviyyəsini azaltmağa imkan vermişdir. Azərbaycanda ÜDM-in artımı isə MDB ölkələrində ən yüksək göstəricilərdən biridir. Sizin hakimiyyətdə olduğunuz ilk dörd ildə iqtisadiyyat irəliyə doğru sanballı sıçrayış etmişdir. Etiraf edirəm ki, bu, görkəmli siyasi xadim və öz xalqının müdrik lideri kimi Sizə heyranlıq və dərin ehtiram doğurur. İlham Heydər oğlu! Siz həmişə çeçen xalqının və bütün Rusiyanın böyük dostu olmusunuz və dostu kimi qalırsınız. Əminəm ki, qardaş xalqlarımız arasında mehriban qarşılıqlı münasibətlər bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir. Sizi yubileyiniz münasibətilə bir daha təbrik edirəm, Sizə xoşbəxtlik, cansağlığı, Azərbaycan xalqını sülh və firavanlıq yolu ilə daha irəli aparmaq üçün güc və səbir diləyirəm. Ulu Tanrı Sizin bütün planlarınızın və nəcib təşəbbüslərinizin həyata keçməsinə kömək etsin.
Hörmətlə, 26 dekabr 2011, 19:00
Azərbaycan Respublikası Prezidentinin dünya azərbaycanlılarına müraciəti
more...
AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.