|
13 may 2010, 12:40
Azərbaycan-Serbiya sənədlərinin imzalanması mərasimi olmuşdur
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Serbiya sənədlərinin imzalanması mərasimi olmuşdur. Prezident İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç “Azərbaycan Respublikası Prezidentinin və Serbiya Respublikası Prezidentinin Birgə Bəyannaməsi”ni imzaladılar. “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Serbiya Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın xarici işlər naziri Vuk Yeremiç imzaladılar. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxlər üçün vizanın ləğv edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın xarici işlər naziri Vuk Yeremiç imzaladılar. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya”nı Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Serbiyanın xarici işlər naziri Vuk Yeremiç imzaladılar. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Serbiyanın Baş nazirinin birinci müavini, daxili işlər naziri İvika Daciç imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Serbiyanın Baş nazirinin müavini, iqtisadiyyat və regionların inkişafı naziri Mladjan Dinkiç imzaladılar. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.