Sevda Qurbanəliyevadan, Gəncə, Azərbaycan
27 dekabr 2011, 12:00
Hörmətli cənab Prezident!
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında tarixi əhəmiyyətli Sərəncamınız bir daha təsdiq etdi ki, xalqımızın milli-mənəvi sərvəti olan klassik mədəni irsimizin ona layiq səviyyədə, elmi-filoloji fikrin müasir nailiyyətləri kontekstində tədqiq və təbliğ edilməsi ümumdövlət səviyyəli bir işdir. Xalqımızın tarixi keçmişinə, dünya şöhrətli Nizami Gəncəviyə verdiyiniz bu dəyər bizi ürəkdən sevindirir, hər birimizdə iftixar hissini daha da artırır.
Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti də Sizin bu qayğınıza cavab verə biləcək nəslin yetişməsi üçün var qüvvəsini əsirgəməyəcəkdir.
Dərin hörmət və ehtiramla,
Əməkdar elm xadimi, professor Vaqif Novruzov, filologiya elmləri doktorları, professor Sədnik Paşayev, professor Sadıx Şükürov, professor Mübariz Yusifov, professor əvəzi Telman Quliyev, sənətşünaslıq elmləri doktoru, professor Sevda Qurbanəliyeva
Azərbaycan Respublikası, Gəncə şəhəri,
Kəpəz rayonu, Uşinski küçəsi 1a, mən. 18.