|
27 dekabr 2011, 13:20
İlham Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzəni qəbul etmişdir
Prezidenti İlham Əliyev ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mətyu Brayzəni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Səfir Mətyu Brayzə dövlət başçısına anadan olmasının 50 illiyi münasibətilə təbriklərini çatdırdı. O, Azərbaycan Prezidenti İlham Əliyevin anadan olmasının 50 illiyi münasibətilə ABŞ Prezidenti Barak Obamanın dövlətimizin başçısına ünvanladığı təbrik məktubunu Birləşmiş Ştatların Azərbaycan ilə tərəfdaşlıq əlaqələrinə nə dərəcədə yüksək qiymət verməsinin göstəricisi kimi dəyərləndirdi. Azərbaycandakı diplomatik fəaliyyəti dövründə müxtəlif regionlara səfərlər etdiyini vurğulayan Mətyu Brayzə bu səfərlər zamanı ölkəmizin gözəl təbiətə, zəngin mədəniyyətə və müxtəlif dini-mənəvi dəyərlərə malik olduğunu müşahidə etdiyini dedi. Dövlət başçısı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirdi. Mətyu Brayzənin ölkəmizdəki diplomatik fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirdi, gələcək fəaliyyətində ona uğurlar arzuladı. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.