|
28 dekabr 2011, 17:30
Rusiya Federasiyası Kemerovo Vilayətinin qubernatoru Aman Tuleyevdən
Hörmətli cənab Prezident! Sizin əlamətdar yubileyiniz – anadan olmağınızın 50 illiyi münasibətilə ən səmimi təbriklərimi qəbul edin! Sizin bütün həyat yolunuz doğma ölkənizə fədakarlıqla xidmət etməyin yüksək nümunəsidir. Siz Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Azərbaycan xalqının rifahına qayğını və onun milli mənafelərinin qorunmasını öz həyat və fəaliyyətinizin əsas məqsədinə çevirmisiniz. Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan indiyə qədər görünməmiş inkişaf sürəti nümayiş etdirir, güclü iqtisadi tərəqqini sosial xərclərin artırılması və xalqın maddi rifahının yüksəldilməsi ilə uzlaşdırır. Ölkənizin beynəlxalq nüfuzu da artır – Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına seçilməsi yenilənmiş, müasir, güclü Azərbaycanın sülh və tərəqqi yolu ilə inamla irəlilədiyini bütün dünyaya göstərir. Azərbaycanın son illərdə qazandığı uğurlar Sizin seçdiyiniz fəaliyyət xəttinin düzgünlüyünə, siyasi müdrikliyinizə və dövlət xadimi istedadınıza ən yaxşı sübutdur. Hörmətli İlham Heydər oğlu, Sizə sibirlilərə xas olan möhkəm cansağlığı, doğma Vətənin rifahı naminə yeni şanlı işlər görmək üçün tükənməz yaradıcılıq enerjisi, etibarlı məsləkdaşlar arzulamaq istəyirəm. Arzum budur ki, Siz həmişə sədaqətli dostların əhatəsində olasınız, evinizdən yaxınlarınızın hərarəti və diqqət əskik olmasın. Sizə əziz olan hər kəsə firavanlıq və xoşbəxtlik diləyirəm!
Dərin hörmətlə,
Rusiya Federasiyası AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.