Gerb

10 iyul 2010, 14:59

Möhtərəm cənab Prezident!

Sizin 2009/2010-cu tədris ilində keçirilmiş ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında 2010-cu il 5 iyul tarixli Sərəncamınızda Gəncə şəhərindəki Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbin də adı vardır. Bu Sərəncam Zati-alinizin bütövlükdə Azərbaycan təhsilinə göstərdiyi əvəzsiz qayğının bariz nümunəsidir.

Cənab Prezident, pedaqoji kollektivimizin çoxsaylı üzvləri adından Sizi əmin edirik ki, bundan sonra da doğma Azərbaycanımız üçün savadlı, bilikli və vətənpərvər gənclərin formalaşmasında var gücümüzlə çalışacağıq. Biz Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənir, Sizinlə fəxr edirik. Tanrı Sizi qorusun.

Hörmətlə,

Zakir Hüseynov
 

Gəncə şəhərindəki Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbin direktoru.

Azərbaycan Respublikasının Gəncə şəhəri. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR