|
29 dekabr 2011, 16:00
Laçın rayonu mədəniyyət işçiləri adından, Laçın, Azərbaycan
Əziz və hörmətli Prezidentimiz, Qarşıdan gələn Yeni il ərəfəsində öz ailə üzvlərinizlə birlikdə Qarabağ bölgəsinə gəlməyiniz və həyatınızın ən əziz günlərindən birini – 50 illik yubileyinizi məcburi köçkünlərlə birlikdə qeyd etməyiniz bütün qarabağlılar üçün unudulmaz bayrama çevrildi. Biz bir daha əmin olduq ki, Siz həqiqətən ulu öndərimiz Heydər Əliyevin ənənələrini yaşadır, davam etdirirsiniz və Qarabağı, Azərbaycanı onun qədər sevirsiniz. Bu tarixi səfəriniz zamanı laçınlıların ünvanına səsləndirdiyiniz xoş sözlər bizdə böyük qürur hissi yaratdı, torpaqlarımızın işğaldan azad edilməsi yolunda göstərdiyiniz qətiyyət və möhkəm mövqeyiniz doğma Laçına qayıdacağımıza inamımızı artırdı.
Hörmətli Mehriban xanımla birlikdə ad gününüzü bizimlə keçirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildirir, açılışında iştirak etdiyiniz yeni qəsəbənin bütün sakinləri adından 50 illik yubileyinizi ürəkdən təbrik edir, Sizə və Sizin şəxsinizdə Azərbaycan dövlətinə Vətənimizin tərəqqisi, ərazi bütövlüyümüzün bərpası uğrunda işlərdə uğurlar və qələbələr arzulayırıq. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.