|
30 dekabr 2011, 21:30
İlham Əliyev paytaxtın Heydər Əliyev prospektində salınan parkın və musiqili alov fəvvarəsinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Heydər Əliyev prospektində, Bakı Metropoliteninin “Koroğlu” stansiyasının qarşısında, köhnə sənaye müəssisələrinin yerində salınan parkın və musiqili alov fəvvarəsinin açılışında iştirak etmişlər. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, dövlətimizin başçısının tapşırığı ilə Bakının Nizami rayonu ərazisində xüsusi dizaynla salınan parka üç tərəfdən giriş vardır. Bildirildi ki, əvvəllər sənaye müəssisələrinin yerləşdiyi bu ərazi uzun illər baxımsız vəziyyətdə olmuşdur. İndi burada salınmış əzəmətli park şəhərimizin ən maraqlı istirahət guşələrindən biridir. Nadir ağacların və gül kollarının əkildiyi parkda istirahət üçün hər cür şərait yaradılmışdır. Parkda 65 müasir oturacaq qoyulmuş, 82 işıq dirəyi quraşdırılmışdır. Dövlətimizin başçısına və xanımına parkın ərazisində fəaliyyət göstərəcək müxtəlif iaşə obyektləri barədə də məlumat verildi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkın və yaxınlıqdakı yaşayış binalarının eskiz layihələri ilə tanış oldular. Bildirildi ki, ərazidə abadlıq və tikinti işləri davam etdiriləcəkdir. Görülən işlər nəticəsində bu ərazi müasirləşən paytaxtımızın gözəl guşələrindən birinə çevriləcəkdir. Sonra dövlətimizin başçısı və xanımı parkın ərazisində quraşdırılmış musiqili alov fəvvarə kompleksi ilə tanış oldular. Bildirildi ki, fəvvarədə quraşdırılmış işıq sistemi parka ecazkar gözəllik bəxş edir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva musiqili alov fəvvarə kompleksinin idarəetmə mərkəzinə baxdılar.
Diqqətə çatdırıldı ki, kompleks bu mərkəzdən avtomatlaşdırılmış sistem vasitəsilə idarə olunur. Fəvvarənin postamenti yumru təpəcikdən ibarətdir. Musiqili alov fəvvarəsi ABŞ, Almaniya və İngiltərə istehsalı olan büllurdan və paslanmayan metaldan hazırlanmışdır. Tikinti işlərinə ABŞ, Almaniya və İngiltərə şirkətləri cəlb olunmuşdur. Musiqili işıqlandırma işlərini İtaliya mütəxəssisləri yerinə yetirmişlər. Musiqili alov fəvvarə kompleksinin struktur hissəsinin konstruksiyası 60 kilometr/saniyə gücündə küləyə və 9 ballıq zəlzələyə davamlıdır. Alov simvolu cilalanmış paslanmayan metaldan və kristaldan ibarətdir. Audio-video sisteminin qurulduğu musiqili alov fəvvarə kompleksi lazer projektorları ilə işıqlandırılır. Görülmüş işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.