|
27 dekabr 2011, 18:10
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kollektivi ilə görüş zamanı İlham Əliyevin nitqi
- Həkimləri Təkmilləşdirmə İnstitutunun əsaslı təmirdən sonra açılışı münasibətilə sizi təbrik edirəm. Çox gözəl hadisədir. Çox gözəl təmir olunub. Ən müasir şərait yaradılıbdır.
Yadımdadır, bir müddət bundan əvvəl mənə məlumat gəldi ki, bu institutun təmirinə böyük ehtiyac vardır. Dərhal göstəriş verdim, vəsait ayrıldı və qısa müddət ərzində institut yeni görkəm aldı. Çox gözəl, yaraşıqlı, işıqlı, rahat institut yaradılıbdır.
Azərbaycan dövləti bu məsələləri diqqət mərkəzində saxlayır. İldən-ilə səhiyyə məsələlərinə ayrılan xərclər artır. Halbuki etiraf etməliyəm ki, istədiyimiz səviyyədə deyil, daha da artmalıdır. Hələ ki, bu göstəriciyə görə biz inkişaf etmiş ölkələrdən geri qalmışıq. Ancaq biz tədricən bunu aradan qaldıracağıq. Bizim maliyyə, maddi imkanlarımız artdıqca, əlbəttə, səhiyyə sahəsinə daha da çox investisiyalar qoyulacaqdır. Ancaq əgər müqayisə aparsaq, görərik ki, son bir neçə il ərzində səhiyyəyə ayrılan vəsait dəfələrlə artmışdır. Əsas odur ki, bu vəsaitdən səmərəli istifadə olunsun. Həm infrastruktur, maddi-texniki baza möhkəmlənsin, həm xidmət, peşəkarlıq lazımi səviyyədə olsun. O ki qaldı, müasir avadanlığa, bundan sonra da biz Azərbaycana ən müasir cihazları gətirəcəyik. Böyük ölçüdə AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.