Gerb

31 dekabr 2011, 12:00

Möhtərəm Prezident!

Azərbaycan dövlətinin, dövlətçiliyinin memarı olan ulu öndər Heydər Əliyevin arzularının, onun strateji xəttinin Sizin tərəfinizdən yüksək peşəkarlıqla həyata keçirilməsi ölkəmizin dünya birliyində layiqli yer tutması ilə nəticələnmişdir.

Xalqımızın rifah halının yüksəlməsi, əmin-amanlıq şəraitində yaşaması, ölkədə aparılan quruculuq işləri Sizin diqqət və qayğınız sayəsində mümkün olmuşdur. Bu gün digər sahələrlə yanaşı ölkə təhsilinin inkişafına göstərdiyiniz qayğı bizi ürəkdən sevindirir. Bütün respublikamızda olduğu kimi Quba rayonunda da son illər xeyli təhsil müəssisəsi inşa edilmiş və yenidən qurulmuşdur. Yaşadığım Mühüc kəndi dağlıq ərazidə yerləşir. Kəndimizin sosial-iqtisadi inkişafı üçün xeyli işlər görülməkdədir. Kəndin içməli su ehtiyacı təmin edilmiş, bu günlərdə yeni məktəb binasının inşasına başlanmışdır.

Balalarımız üçün müasir tipli, işıqlı, hər cür şəraiti olan məktəb binası tikilir.

Möhtərəm cənab Prezident, bütün bu işlər Sizin diqqətinizin, təhsilimizə, gələcəyimizə olan qayğınızın nəticəsidir. Buna görə, Sizə kəndimizin sakinləri adından dərin minnətdarlığımızı bildiririk. Sizə Azərbaycanın inkişafı, Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Quba rayonu Mühüc kənd sakinləri adından Zakir Novruzov
Mühüc kənd tam orta məktəbin direktoru.

Azərbaycan Respublikası, Quba rayonu, Mühüc kəndi.