07 yanvar 2012, 16:00

Firdovsi Şıxbabayevdən, Quba, Azərbaycan

Möhtərəm cənab Prezident!

Əsası ümummilli liderimiz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırki mərhələdə Sizin müdrik və yorulmaz fəaliyyətiniz nəticəsində gündən-günə qüdrətlənən Azərbaycan Respublikası bütün sahələrdə böyük uğurlar əldə etmişdir.
Xalqımızın maddi rifah halı durmadan yaxşılaşır, sosial sahədə də böyük nailiyyətlər qazanılmışdır. Ölkəmizin hər bir guşəsi, hər bir yaşayış məntəqəsi inkişaf etmişdir. Bu istiqamətdə işlər davam etdirilməkdədir.

Respublikamızın hər yerində olduğu kimi Quba rayonunda da son illər xeyli müasir tipli sosial obyektlər, məktəblər inşa edilmişdir. Yaşadığımız Quba rayonunun İspik kəndinin sosial-iqtisadi inkişafı üçün xeyli işlər görülmüş və görülməkdədir. Kəndin içməli su ehtiyacı təmin edilmiş, rabitə sahəsində ciddi işlər görülmüş, kənd yolları təmir edilmiş, yeni məktəb binasının inşasına başlanmışdır.

Möhtərəm cənab Prezident!

Bu Sizin təhsilimizə olan qayğınızın təcəssümüdür. Buna görə Sizə kəndimizin bütün sakinləri adından dərin minnətdarlığımızı bildirir, ölkəmizin daha da inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə yeni-yeni uğurlar arzulayırıq.

Quba rayonu İspik kənd sakinləri adından Şıxbabayev Firdovsi Balamirzə oğlu

Azərbaycan Respublikası, Quba rayonu, İspik kəndi.