|
19 yanvar 2012, 17:00
İlham Əliyev İraq parlamenti xarici əlaqələr komitəsinin sədri Hammam Hamudinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev İraq Respublikası parlamentinin xarici əlaqələr komitəsinin sədri Hammam Hamudinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı Azərbaycan ilə İraq arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirdi. Bir müddət əvvəl İraqın xarici işlər nazirinin Azərbaycana səfər etdiyini vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmində olduğunu dedi. İkitərəfli münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin önəmini qeyd edən dövlətimizin başçısı İraq parlamentini təmsil edən böyük nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi. İraq parlamentinin xarici əlaqələr komitəsinin sədri Hammam Hamudi parlamentdə İraqın bütün bölgələrini təmsil edən böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsindən məmnunluğunu bildirdi. Artıq İraqda sabit cəmiyyətin formalaşdığını deyən Hammam Hamudi ölkəsinin qonşu dövlətlərlə, xüsusilə Azərbaycanla müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığı genişləndirməyə maraqlı olduğunu vurğuladı. Sonda xatirə şəkli çəkdirildi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.