|
21 yanvar 2012, 13:30
İlham Əliyev Gəncədə Nəriman Nərimanov parkının açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində Nəriman Nərimanov parkının açılışında iştirak etmişdir. Dövlət başçısı parkın əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı, burada yaradılmış şəraitlə tanış oldu. Azərbaycan Prezidentinə məlumat verildi ki, ümumi sahəsi 4 min 823 kvadratmetr olan Nəriman Nərimanov parkında geniş tikinti-quruculuq və abadlıq işləri aparılmış, yeni fəvvarə inşa edilmişdir. Gəncə sakinlərinin və şəhərə gələn qonaqların istirahəti üçün hər cür şəraitin yaradıldığı parkda görkəmli dövlət xadimi və mütəfəkkir Nəriman Nərimanovun büstü qoyulmuşdur. Burada salınan yaşıllıq zolaqları parkı istirahət üçün əvəzsiz məkana çevirmişdir. Bildirildi ki, Gəncədə park və xiyabanların əsaslı təmiri və yenidən qurulması, o cümlədən Nəriman Nərimanov parkının gözoxşayan görkəmə qaytarılması bölgələrimizin inkişafı istiqamətində atılan mühüm addımlardan biridir. Parkın dizaynına özünəməxsus elementlər əlavə edilmiş, zövqlü formalarla zənginləşdirilmişdir. Parkda yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.