Gerb

12 iyul 2010, 19:17

Hörmətli cənab Prezident,

Monteneqro Respublikasının milli bayramı – Dövlətçilik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Monteneqro arasında təşəkkül tapmış münasibətlər dostluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 iyul 2010-cu il.