İlham Əliyev Fövqəladə Hallar Nazirliyi tərəfindən gətirilən torpaqsoran qurğulara, yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir

24 yanvar 2012, 18:45
İlham Əliyev Fövqəladə Hallar Nazirliyi tərəfindən gətirilən torpaqsoran qurğulara, yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir

Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün dövlət başçısının Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən Niderland Krallığının “Damen” şirkətinin istehsal etdiyi “CSD-500” torpaqsoran qurğuları, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmiləri, tədqiqat kateri Bakıya gətirilmişdir.

Prezident İlham Əliyev gətirilən qurğulara, yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

Prezident İlham Əliyev torpaqsoran qurğular, yedək və təchizat gəmiləri, tədqiqat kateri ilə tanış olmaq üçün Yaxt Kluba gəldi. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov gətirilmiş qurğular, gəmilər və kater barədə Prezident İlham Əliyevə məruzə etdi. Bildirildi ki, Niderland Krallığının “Damen” şirkətinin istehsal etdiyi “CSD-500” torpaqsoran qurğular su səthindən 14 metr dərinliyə qədər məsafədə dibdərinləşdirmə işlərini yerinə yetirir.

Dövlətimizin başçısı torpaqsoran qurğunun kapitan körpüsü ilə tanış oldu. Qurğunun ən müasir naviqasiya avadanlığı ilə təchiz olunduğu bildirildi. Torpaqsoran qurğuların istehsal prosesindən və dibdərinləşdirmə tədbirləri zamanı tətbiqindən bəhs edən film göstərildi. Üç nəfər heyətdən ibarət, ümumi uzunluğu 49,10 metr olan qurğunun suvurma nasoslarının gücü saatda 4 min kubmetrdir. Çay məcralarında süxurun tərkibindən asılı olaraq dibdərinləşdirmə işləri zamanı qurğunun istehsal gücü də dəyişir. Bu qurğular əsasən lil, qum və bərk süxurları soraraq boru kəməri ilə uzaq məsafələrə vurulmasını təmin edir. Qurğunun qazıma nöqtəsindən boru kəməri ilə birbaşa uzağa vurmaq məsafəsi 1500 metrdir. Bütövlükdə əlavə ötürücü stansiyalar quraşdırmaqla nasosların vurma məsafəsi maksimum 5 kilometrə qədər çatdırıla bilər. İstifadə olunan üzən boru kəmərləri Rusiyada kompozit materialdan hazırlanmışdır. Quruda istifadə olunacaq borular isə Sumqayıtdakı “AZENCO” ASC tərəfindən istehsal edilmişdir.

Yedək və təchizat gəmilərinin göstəriciləri barədə də dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, Türkiyə Respublikasının Tuzla şəhərində istehsal edilmiş yedək və təchizat gəmilərindən biri 1200, digər ikisi isə 900 at gücünə malikdirlər (YQ-1, YQ-2, YQ-3). Bu gəmilər torpaqsoran qurğuları müvafiq məsafələrə yedəkdə apararaq təchizat işlərini təmin edəcəkdir. Göyərtəsindəki 10 ton yükqaldırma qabiliyyətinə malik teleskopik kran müxtəlif növ təchizat və köməkçi işləri yerinə yetirmək imkanına malikdir.

Tədqiqat kateri (TK-1) də Türkiyənin Tuzla şəhərində istehsal edilmişdir. Bu kater dibdərinləşdirmə tədbirlərində tələb olunan tədqiqat işlərinin yerinə yetirilməsini təmin edəcəkdir.

Qeyd olundu ki, göstərilən işlərin həyata keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin nəzdində Dibdərinləşdirmə İşləri İdarəsinin yaradılması nəzərdə tutulmuşdur. İdarənin fəaliyyətini təmin etmək üçün müvafiq nəqliyyat-texniki vasitələr alınacaqdır. Bu məqsədlə dünyada daşqınların qarşısının alınması və dibdərinləşdirmə tədbirlərinin həyata keçirilməsində aparıcı ölkə olan Niderland Krallığının “Deltares” və “Royal Haskoning” institutları ilə müvafiq məsləhətləşmələr aparılır. Gəmilərin fəaliyyətinin təmin edilməsi üçün əsas bazanın Neftçala, köməkçi bazaların isə Salyan və Sabirabad şəhərlərində yerləri seçilmiş, “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən müvafiq layihə hazırlanmışdır. Layihəyə uyğun olaraq körpü, anbarlar, təmir sexləri və inzibati binalar inşa olunacaqdır.

Dibdərinləşdirmə işlərinin dəqiq həyata keçirilməsi üçün Neftçala, Salyan və Sabirabad rayonları əhatə olunmaqla bütün Kür çayı boyunca batimetriya işləri artıq başa çatdırılmışdır. Bu tədbirlərin Neftçala, Salyan və Sabirabad rayonlarında planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Tələb olunan işləri görmək üçün hər rayonda bir torpaqsoran qurğu, bir yedək-təchizat və bir kiçik yedək gəmisi işləyəcəkdir. Müasir avadanlıqlarla təchiz edilmiş tədqiqat kateri isə hər üç rayonun ərazisində batimetriya işlərini həyata keçirəcəkdir.

Çayın dibindən sorularaq çıxarılan su-qrunt qarışığı, suyun üzərində qalma qabiliyyətli kompozit materialdan hazırlanmış borular, quru ərazidə isə polietilen borular ilə durulducu hovuzlara töküləcək, sonra isə müvafiq istiqamətdə çaya axıdılacaq, qrunt isə texnika vasitəsilə kənara daşınacaqdır. Durulducu hovuzların layihə işləri başa çatdırılmışdır və yaxın vaxtlarda icrasına başlanılacaqdır. Ümumi sahəsi 202 hektar olan durulducu hovuzların ikisi Neftçalada, dördü Salyanda, üçü isə Sabirabadda inşa ediləcəkdir. Neftçala, Salyan, Sabirabad rayonlarının ərazilərində 1,3 milyon kubmetr qruntun çıxarılması nəzərdə tutulur.

Gətirilmiş qurğular, gəmilər və katerlə yaxından tanış olan Prezident İlham Əliyev sonda torpaqsoran qurğunun işləmə prosesini də izlədi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51