İlham Əliyevin “Microsoft International” şirkətinin prezidenti, “Microsoft” Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə görüşü olmuşdur
Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Microsoft International” şirkətinin prezidenti, “Microsoft” Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə görüşü olmuşdur. Jan Kurtua ölkəmiz ilə əməkdaşlığın səviyyəsindən razılığını bildirdi, qeyri-qanuni proqram təminatının qarşısının alınmasında, piratçılığa qarşı mübarizədə Azərbaycanın regionda nümunə olduğunu vurğuladı. Bildirdi ki, təmsil etdiyi şirkət informasiya təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ilə əməkdaşlığa hazırdır. Prezident İlham Əliyev Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük əhəmiyyət verildiyini, bu sahənin inkişafının ölkəmizdə prioritet elan edildiyini vurğuladı. Görüşdə “Microsoft”un böyük regional informasiya-hesablama mərkəzinin Azərbaycanda yaradılması məsələsi bir daha müzakirə edildi və bununla bağlı işlərin sürətləndirilməsi qərara alındı.
XƏBƏRLƏR
21 fevral 2012, 17:10
İlham Əliyev Bakıda xalq qəhrəmanı Koroğlunun abidəsinin açılışında iştirak etmişdir
20 fevral 2012, 14:00
İlham Əliyev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyətini qəbul etmişdir
18 fevral 2012, 17:20
İlham Əliyev Fransanın nəqliyyat nazirini və Fransa Prezidentinin diplomatiya məsələləri üzrə müşavirini qəbul etmişdir
17 fevral 2012, 18:20
İlham Əliyev “Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisinin birinci mərhələsi üzrə tamamlama işləri ilə tanış olmuşdur
16 fevral 2012, 22:10
İlham Əliyevin Qusar rayonuna səfəri
16 fevral 2012, 22:00
İlham Əliyev Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür
digər xəbərlər... Please install Flash Player
© 2010-2011 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur. |
||||||