|
03 fevral 2012, 19:00
Balaxanım Rüstəmova, Abbas Mirzəyev və başqalarından, Qazax, Azərbaycan
Möhtərəm cənab Prezident, Müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Sizin həyata keçirdiyiniz müdrik siyasət nəticəsində Azərbaycan bu gün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdən birinə çevrilmişdir. Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla davam etdirilir. Hazırda Qazax rayonunda “Şahmat məktəbi” və “Gənclərin asudə vaxt mərkəzi”nin tikintisi sürətlə davam etdirilir. Şəhərin qərb girişində Bayraq meydanı salınır, yollar genişləndirilir, göz oxşayan hasarlar çəkilir, mərkəzi yolun kənarında olan binalara müasir görkəm verilir. Sizin Qazax rayonuna, o cümlədən sərhədyanı Quşçu Ayrım və Məzəm kəndlərinə göstərdiyiniz diqqət və qayğı sayəsində son dövrlər kəndimizdə də böyük abadlıq və quruculuq işləri aparılmışdır. Kəndarası yollar, ticarət, iaşə və digər sosial obyektlər təmir edilmiş, sakinlərin içməli suya olan tələbatı tam ödənilmiş, köhnəlmiş qaz və su xətləri bərpa edilmiş, məktəblərdə əsaslı təmir işləri aparılmışdır. Əhalidə gələcəyə böyük inam və ruh yüksəkliyi yaranmışdır. Mənfur düşmənlə üzbəüz olmalarına, tez-tez düşmən əsgərlərinin atəşlərinə məruz qalmalarına baxmayaraq, kənd sakinlərində qurmaq, yaratmaq eşqi daha da artmışdır. Möhtərəm cənab Prezident, Bütün bunlar Sizin daxili və xarici siyasət sahəsində yeritdiyiniz müdrik siyasət sayəsində mümükün olmuşdur. Bu işlərə görə biz Sizə dərin minnətdarlığımızı bildirir və xalqımızın xoşbəxt gələcəyi naminə Sizə daha böyük uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla, 03 fevral 2012, 18:50
İlham Əliyevin Almaniyanın sabiq xarici işlər naziri Hans-Ditrix Genşer ilə görüşü olmuşdur
more...
04 fevral 2012, 20:30
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının müzakirələrində iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.