Gerb

14 iyul 2010, 18:29

Çox hörmətli cənab Prezident!

İyulun 13-də keçirilən iclasda Siz qeyd etdiniz ki, “biz bu gün böyük zirvələrə çatmışıq”. Bəli, cənab Prezident, Azərbaycan dahi şəxsiyyətin və məhz Sizin strateji addımlarınız sayəsində bu zirvələrə çatıbdır. Bu günə nəzər salanda, sürətli inkişafı görməmək mümkün deyil. Ötən illərlə müqayisədə Azərbaycan misli görünməmiş nailiyyətlər, inkişaf əldə etmişdir.

Sizin hər bir çıxışınızda “İrəli, İrəli, İrəli” çağırışları hiss olunur. Bu çağırışlar bizi həmişə, istənilən anda öz müqəddəratımızı müstəqil həll etməyə, ərazi bütövlüyümüzü bərpa etməyə hazır olmağa səsləyir. Sizdə bir hünər, bir qüdrət var, cənab Prezident! Bu da imkan verəcək ki, biz həmişə güclənərək zirvələrə yüksələk!!!

Hörmətlə,

Əliyev Qafar Nadir oğlu, Naxçıvan şəhəri, Təbriz küçəsi, ev 11, mənzil 2.