İlham Əliyev Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator xanım Natali Quleni qəbul etmişdir

06 fevral 2012, 16:00
İlham Əliyev Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator xanım Natali Quleni qəbul etmişdir

Prezident İlham Əliyev Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, Senatda Mərkəzçi və Respublikaçı birlik siyasi qrupunun üzvü, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul etmişdir. Nümayəndə heyətinə senatorlar xanım Silvi Qo-Şavan, Jah-Mari Bokel, Erve More, Andre Rexar və Cani Lorju daxildir.

Dövlət başçısı Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun müzakirəsi zamanı tutduqları ədalətli mövqeyə görə xanım Natali Quleyə və digər senatorlara təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Fransa Senatında müzakirə olunan bu qanunu tarixi təhrif edən, demokratiyaya, söz azadlığına zidd olan, yalan və saxta məlumatlara əsaslanan təşəbbüs kimi dəyərləndirərək onun qüvvəyə minməyəcəyinə ümidvar olduğunu bildirdi.

Xanım Natali Qule özünün və ölkəmizə səfər edən senatorların Azərbaycan ilə əlaqələrin genişləndirilməsində səylərini əsirgəməyəcəyini vurğuladı və Bakıda keçirdikləri görüşlər zamanı bu istiqamətdə Azərbaycan ictimaiyyətinə ətraflı məlumatlar verəcəklərini dedi.