|
07 fevral 2012, 17:00
İlham Əliyev Çinin Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir
Prezident İlham Əliyev Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuinin etimadnaməsini qəbul etmişdir. Səfir Xun Tsyuin fəxri qarovul dəstəsinin qarşısından keçdi. Xun Tsyuin etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Ölkələrimiz arasında münasibətlərin dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayan Prezident İlham Əliyev dövlətlərarası əlaqələrin səviyyəsindən məmnunluğunu bildirdi. Dövlətimizin başçısı iqtisadi və investisiya qoyuluşu sahələrində əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının dost və tərəfdaş ölkələr kimi regional məsələlərdə, o cümlədən dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işində bundan sonra da fəal əməkdaşlıq edəcəklərinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı. Xun Tsyuin Çin Xalq Respublikasının sədri Hu Szintaonun salamlarını dövlətimizin başçısına çatdırdı. Üç il bundan əvvəl Azərbaycana səfər etdiyini deyən səfir ötən dövr ərzində Bakıda böyük dəyişikliklərin şahidi olduğunu vurğuladı. Xun Tsyuin bildirdi ki, ölkəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətdə sabitliyin bərqərar olunması və iqtisadiyyatın sürətli inkişafı ilə bağlı Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirir. 2008-ci ildə Çinə səfərini və Çin Xalq Respublikasının sədri Hu Szintao ilə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev Çində sürətli inkişafa və əldə edilən uğurlara Azərbaycanın da sevindiyini dedi. Dövlət başçısı Çin Xalq Respublikası sədrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Hu Szintaoya çatdırmağı xahiş etdi. ![]() 07 fevral 2012, 17:30
İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.