Gerb

14 iyul 2010, 19:40

1. 1999-cu il noyabrın 22-də Lüksemburq şəhərində imzalanmış “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Avropa Birliyi Statistika Bürosu arasında xarici ticarət üzrə statistika məlumatlarının mübadiləsinə dair Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Avropa Birliyini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2010-cu il.