Gerb

15 iyul 2010, 17:23
710

Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin və Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizin təkbətək görüşü olmuşdur.

Görüşdə ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensial imkanların olduğu vurğulandı, bu səfərin əlaqələrin gələcək inkişafı baxımından önəmi qeyd edildi.

Görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.