|
15 fevral 2012, 18:30
İlham Əliyevin və NATO-nun baş katibi Anders Foq Rasmussenin mətbuata birgə bəyanatı olmuşdur
Prezident İlham Əliyev və NATO-nun baş katibi Anders Foq Rasmussen Alyansın Brüsseldəki mənzil-qərargahında mətbuat nümayəndələri qarşısında birgə bəyanatla çıxış etmişlər. Uzun illər ərzində əməkdaşlığımızı və dialoqumuzu qurmuşuq. Münasibətlərimiz Avropa və Avratlantik təhlükəsizliyinə töhfə verir. Əlaqələrimizi eyni qaydada inkişaf etdirmək əzmindəyik. Cənab Prezident, Sizin bugünkü səfəriniz Çikaqo sammiti ərəfəsində NATO-nun tərəfdaş ölkələrlə apardığı məsləhətləşmələrə verdiyi əhəmiyyəti nümayiş etdirir. Çox yaxşı və məhsuldar görüşümüz baş tutdu. Əməkdaşlığımızı və regional, eləcə də beynəlxalq səviyyədə bizi narahat edən məsələləri müzakirə etdik. Biz, həmçinin gələcəkdə hansı şəkildə birgə işləmək imkanlarını da müzakirə etdik. İşimizi birgə müzakirə etmək məqsədi ilə bir azdan sonra NATO-nun bütün 28 müttəfiq ölkəsi ilə birgə toplantı keçirəcəyik və bizi narahat edən məsələləri dinləyəcəyik. Bu, NATO-nun tərəfdaşları qarşısında götürdüyü öhdəlikdir. Biz bu öhdəliyi çox ciddi qəbul edirik. Xüsusilə də mən, Əfqanıstanda apardığımız əməliyyatları müzakirə etmək istərdim. Azərbaycan həmin əməliyyatlara həm hərbçiləri ilə, həm də hava məkanından istifadə etmək hüququ kimi töhfə verir. Biz bu dəstəyi yüksək dəyərləndiririk. Əməkdaşlığımız digər sahələri də əhatə edir. Dekabrda biz Fərdi Tərəfdaşlığın Əməliyyat Planı üzərində razılığa gəlmişik. Bu yeni plan qarşıdakı 2 ildə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün yaxşı zəmin yaradacaqdır. Bir sözlə, əməkdaşlığımız yaxşıdır və genişlənir.
Azərbaycan mühüm regionda əhəmiyyətli tərəfdaşdır və gələcəkdə mən Sizinlə apardığım işin davam etdirilməsini səmimiyyətlə arzulayıram. Biz Əfqanıstanda ilk vaxtlardan olmuşuq. Cənab baş katibin qeyd etdiyi kimi, biz hava məkanından və ərazimizdən keçmək imkanını yaradırıq. Çox şadam ki, Əfqanıstana daşınan yüklər baxımından Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artır. Bu gün biz bu sahədə gələcək əməkdaşlığımızı müzakirə etdik. Əməkdaşlığımızı bu sahədə genişləndirmək məqsədilə yeni təklifləri müzakirə etməyə hazırıq. Eyni zamanda, biz Əfqanıstanda qulluq etmək məqsədi ilə hərbçilərimizi oraya ezam edirik. Bu, Əfqanıstanda beynəlxalq sülh qüvvələrinin apardıqları əməliyyatlar baxımından üzərimizə götürdüyümüz öhdəliyin bir hissəsidir. Bu gün, həmçinin mən cənab baş katibə məlumat verdim ki, Əfqanıstanın milli ordusunun qəyyumlar fonduna töhfə vermək məsələsini ciddi şəkildə nəzərdən keçiririk. Gələcəkdə bu cür maliyyə töhfəsinin davam etdirilməsini də nəzərdən keçirə bilərik. Eyni zamanda, biz Diplomatik Akademiyamızda və Sərhəd Qoşunları Akademiyamızda əfqan diplomatları üçün təlim kursları təşkil edirik. Biz, həmçinin istehkamçı və digər humanitar məsələlər üzərində işləyirik və əməkdaşlığımızı genişləndirməyə hazırıq. Bu gün biz, həmçinin regional təhlükəsizlik məsələləri, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqları müzakirə etdik. Mən cənab baş katibi bu danışıqların hazırkı durumu ilə tanış etdim və bir daha ümidvar olduğumuzu bəyan etdik ki, bu münaqişə mümkün qədər tez həll olunacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Bunun üçün yaxşı hüquqi əsas vardır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Biz gözləyirik ki, erməni tərəfi bu qətnamələrə əməl edəcəkdir. Bu gün apardığımız müzakirələrin müəyyən hissəsi enerji təhlükəsizliyinə həsr olunmuşdu. Bu, bütün ölkələrin – həm hasilatçı, həm istehlakçı ölkələrin milli təhlükəsizliyinin olduqca mühüm elementidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkəyə çevrilir və əminəm ki, çevriləcəkdir. Avropadakı istehlakçılarımız, həmçinin NATO-nun üzvü olan dövlətlərdir. Bu mövzu müzakirələrimizin və məsləhətləşmələrimizin bir hissəsidir. Baş katibə etdiyi dəvətə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Münasibətlərimizin inkişaf etməsindən və dəyişməsindən məmnunluğumu bildirirəm. Ümidvaram ki, əlaqələrimiz uğurla inkişaf edəcəkdir və qarşılıqlı maraqlara və ortaq dəyərlərə əsaslanacaqdır. Çox sağ olun. X X X Sonra jurnalistlərin sualları cavablandırılmışdır. X X X Şaiq Məmmədov, Azərbaycan Televiziyası: Sualım baş katibədir. Azərbaycan NATO-nun Əfqanıstandakı əməliyyatlarına hərbçilər, təlimlər və xüsusən də tranzit baxımından mühüm töhfə verir. Cənab baş katib, Sizin fikrinizcə, əməliyyatların uğurlu olmasında Azərbaycanın iştirakı nə dərəcə vacib və əhəmiyyətlidir? Baş katib Anders Foq RASMUSSEN: Bəli, əlbəttə ki, Azərbaycanın Əfqanıstanda apardığımız əməliyyatlara verdiyi töhfə çox vacibdir. Bu, həm hərbçilər, həm təlim və qeyd etdiyiniz kimi, tranzit baxımından vacibdir. Biz Əfqanıstanda Azərbaycan hərbçiləri tərəfindən görülən işi çox yüksək dəyərləndiririk. Bu gün Prezident və mən tranzit məsələləri ilə bağlı gələcəkdə əməkdaşlığımızın hansı mümkün şəkildə genişləndirilməsi yollarını araşdırdıq. Biz Əfqanıstandakı əməliyyatlarımızın perspektivlərini müzakirə etdik. Bildiyiniz kimi, biz təhlükəsizlik üzrə əsas məsuliyyəti bu gündən etibarən 2014-cü ilin sonunadək tədricən Əfqanıstanın təhlükəsizlik qüvvələrinə həvalə edəcəyik. Mən bu gün çox məmnun oldum ki, Azərbaycan Prezidenti ölkəsinin Əfqanıstanın təhlükəsizlik qüvvələrinin formalaşmasına maliyyə töhfəsini verəcəyini elan etdi. Bu, həmin qüvvələr üçün çox əhəmiyyətlidir. Çünki biz Əfqanıstanı tərk etdikdən sonra əmin olmalıyıq ki, bu ölkənin təhlükəsizlik qüvvələri tam məsuliyyəti öz üzərinə götürə bilər. Bu məqsədlə onlara pul vəsaitləri lazımdır. Biz onları maliyyələşdirməliyik. Mən bu gün verilən bəyanatı səmimi qəlbdən alqışlayıram. Mən Azərbaycan tərəfinin humanitar əməliyyatlara verdiyi töhfəni də yüksək dəyərləndirirəm. Bir sözlə, Azərbaycan öz hüdudlarından kənarda, Əfqanıstanda çox mühüm rol oynayır. ![]() Böyük ölçüdə 14 fevral 2012, 23:45
İlham Əliyev Brüsseldə Avropa Xalq Partiyasının prezidenti Uilfrid Martens ilə görüşmüşdür
more...
15 fevral 2012, 18:10
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.