Litva Respublikasının Prezidenti Zati-aliləri xanım Dalya Qribauskayteyə

15 fevral 2012, 17:00

Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı – Litva dövlətinin bərpası günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Litva münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Çox şadam ki, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq əlaqələri bu gün dinamik inkişaf yoluna qədəm qoyaraq yeni məzmun kəsb etməkdədir.

Münasibətlərimizin istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində inkişafı istiqamətində atdığımız addımlar əməkdaşlığımızın dərinləşməsi üçün yeni perspektivlər açır. Ümidvaram ki, bu perspektivlərin gerçəkləşməsi naminə bundan sonra da birgə səylər göstərəcəyik.

Hörmətli xanım Prezident, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 yanvar 2012-ci il.

SƏNƏDLƏR Fərmanlar 10 iyun 2026
19:42
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

10 iyun 2026, 19:42