|
15 fevral 2012, 19:00
İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşmüşdü
Prezident İlham Əliyev Belçikaya işgüzar səfəri çərçivəsində NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşmüşdür. Dövlət başçısı görüşdə çıxış etmişdir. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra 20 il ərzində keçdiyi inkişaf yolundan danışan dövlət başçısı ölkəmizdə siyasi, iqtisadi, sosial və digər sahələrdə uğurlu islahatların aparıldığını bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanda aparılan uğurlu islahatlar, siyasi-iqtisadi sabitliyin bərpa olunması, siyasi sistemin möhkəmləndirilməsi sürətli iqtisadi inkişafla nəticələnmiş, ölkəmizə böyük həcmdə investisiyalar qoyulmuşdur. Zəngin neft-qaz ehtiyatlarına malik olan Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan Prezidenti qeyd etdi ki, iqtisadi inkişafın dinamikası qarşıya qoyulan bütün məqsədlərə çatacağımızı nümayiş etdirir.
Ölkəmizin qazandığı nailiyyətlərin təməlində düşünülmüş siyasətin dayandığını deyən Prezident İlham Əliyev xarici siyasətimizin uğurlarından danışarkən Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyini bildirdi.
Azərbaycan Prezidenti ölkəmizin beynəlxalq təşkilatlar, o cümlədən NATO ilə uğurlu əməkdaşlığını qeyd etdi. Sonra üzv ölkələrin NATO yanında daimi nümayəndələri çıxış etdilər. Onlar təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirdilər. Daimi nümayəndələr Azərbaycanın NATO ilə əməkdaşlığına toxunaraq ölkəmizin Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirakını yüksək qiymətləndirdilər. Bildirdilər ki, təmsil etdikləri ölkələr Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verir. Çıxış edənlər Azərbaycanın iqtisadi inkişafını vurğulayaraq ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunun önəmini qeyd etdilər. Sonra Prezident İlham Əliyev daimi nümayəndəliklərin rəhbərlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu və digər məsələlərlə bağlı suallarına cavab verdi. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.