|
20 fevral 2012, 17:00
Adil Abbasovdan, Goranboy, Azərbaycan
Möhtərəm Prezident! Siz planetimizin görkəmli siyasi xadimlərindən biri, xalqımızın yeganə xilaskarı cənab Heydər Əliyevin oğlu və layiqli davamçısısınız. Azərbaycanımız bu gün dünya miqyasında tanınır və öndə getməkdə davam edir. Hörmətli Prezident!
Şaxtalı, qarlı günlərdə bu məktubu Sizə ünvanlamağımız heç də təsadüf deyil. Belə ki, hər gün mavi ekranı dinlədikcə, dünyada gedən prosesləri izlədikcə bu gün əmin-amanlıq içində yaşadığımıza görə şükürlər edirik. Sizin Goranboya gəlişiniz və şəhərin abadlığı üçün 2 milyon manat vəsait ayırmağınız biz goranboyluları həddindən artıq sevindirmişdir. Dahi Nizami Gəncəvinin adının əbədiləşdirilməsi və onun şərəfinə salınmış xiyaban, yeni inşa edilmiş orta məktəb, şahmat məktəbinin və Yeni Azərbaycan Partiyasının binası və müasir şəkildə bərpa olunmuş mədəniyyət evi Goranboy şəhərinə xüsusi yaraşıq verir. Uzun illərdir ki, Goranboya içməli su maşınlarla daşınırdı. Şəhərdə kanalizasiya sistemi yox idi. Sizin göstərişinizlə artıq su və kanalizasiya sistemi yenidən qurulur, 45 km məsafədən şəhərə boru xətti ilə bulaq suyu gətiriləcəkdir. Bu əvəzsiz nemət üçün goranboylular Sizə sonsuz minnətdarlığını bildirir, çox sağ olun deyirlər. Cənab Prezident! Azərbaycan xalqı öz gələcəyini həqiqətə, gerçəkliyə arxalanan İlham Əliyev siyasətində görür. Sizə bundan sonra da böyük müvəffəqiyyətlər, uzun ömür, cansağlığı və gələcək işlərinizdə böyük uğurlar arzulayırıq. Gün o gün olsun ki, müstəqil Azərbaycanımızın 3 rəngli bayrağı Qarabağda dalğalansın.
Amin! AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.