|
23 fevral 2012, 13:00
Tural Tofiq oğlu Şirinovdan, Koxtla-Yarve, Estoniya Respublikası
Hörmətli Prezident! Sizə Xocalı faciəsinin ildönümü ilə əlaqədar yazıram. Mən Sizin yeritdiyiniz siyasəti ürəkdən dəstəkləyirəm. Möhtərəm Prezident! Xocalı harada yaşamağımızdan asılı olmayaraq hər bir azərbaycanlının qəlbində sağalmayan yaradır. Biz bu dəhşətli faciənin qurbanlarını unutmamışıq və dərin hüznlə xatırlayırıq. Bu gün biz Sizin və diasporun sayəsində çox şeyə nail olmuşuq. Biz həmişə bu faciə haqqında informasiyanı mümkün olan hər yerdə yaymağa çalışırıq ki, bütün dünya onun əsl günahkarlarını tanısın. Həmin tədbirləri yaşadığımız ölkələrdə keçirməyimizin, yaxud faciə haqqında informasiyanı internetdə yaymağımızın fərqi yoxdur. Biz bunu edirik və bütün ömrümüz boyu edəcəyik. Hörmətli Prezident! Vətənimiz və bütövlükdə bütün azərbaycanlılar üçün etdiklərinizə görə Sizə öz adımdan və ailəmin adından minnətdarlığımı bildirmək istəyirəm. Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən dəhşətli və qanlı səhifələrindən biridir. Çox vaxt keçmişdir, lakin biz çoxlu günahsız insanın həlak olduğu bu faciəni unutmamışıq. Mən Sizin xarici siyasətinizi və Qarabağ haqqında həqiqətlərin çatdırılması məqsədi ilə beynəlxalq məkanda göstərdiyiniz səyləri dərin hörmətlə dəstəkləyirəm. Siz bizim fəxrimizsiniz və Sizin vətənpərvərliyiniz, yüksək əxlaqi keyfiyyətləriniz gələcək fəaliyyətimizə güc və təkan verir. Mən bilirəm və inanıram ki, işğal olunmuş torpaqları yalmız Siz qaytaracaqsınız. Sizin siyasətiniz dövlətimizi uğura aparır.
Hörmətlə, 23 fevral 2012, 13:00
İlham Əliyev Türkiyənin daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
more...
23 fevral 2012, 16:20
Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciət
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.