Gerb

23 fevral 2012, 16:05

Hörmətli cənab Prezident,

Əziz dostum,

Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Estoniya arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, əlaqələrimizin əhatə dairəsinin genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 yanvar 2012-ci il.