|
14 may 2010, 16:10
İlham Əliyev Çexiyanın xarici işlər nazirini qəbul etmişdir
Prezident İlham Əliyev Çexiya Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı Avropa İttifaqı-Azərbaycan əlaqələrinin, regional əməkdaşlığın dövlətlərimiz üçün qarşılıqlı maraq doğuran məsələlərdən olduğunu vurğulamışdır. Prezident İlham Əliyev ümidvar olduğunu bildirmişdir ki, Çexiya Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun Azərbaycana səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi işinə xidmət edəcəkdir. Çexiya Respublikasının ölkəmizdə səfirliyinin açılmasının önəmini qeyd edən dövlətimizin başçısı bu hadisəni ikitərəfli münasibətlərimizin mühüm elementi kimi dəyərləndirmişdir. Çexiya Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohout bu səfərin Çexiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə dair məsələlərin müzakirə edilməsi üçün yaxşı imkan yaratdığını bildirmişdir. O, Azərbaycan ilə əlaqələrin Çexiya üçün strateji xarakter daşıdığını vurğulamışdır. Yan Kohout 2009-cu ildə Azərbaycanın dövlət başçısının Çexiya Respublikasına səfərinin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi işində xüsusi rolunu qeyd etmişdir. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.