|
28 fevral 2012, 19:20
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı Azərbaycan ilə Pakistan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı ölkəmizə verdiyi davamlı dəstəyə və Pakistan parlamentinin Xocalı faciəsini soyqırımı kimi tanımasına görə Pakistan İslam Respublikasına minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev əməkdaşlığımızı bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində daha da möhkəmləndirməyin önəmini qeyd etdi. İqtisadi sahədə əməkdaşlığımıza toxunan dövlətimizin başçısı Azərbaycan-Pakistan Hökumətlərarası birgə iqtisadi komissiyanın fəaliyyətini intensivləşdirməyin zəruriliyini bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Pakistanın beynəlxalq təşkilatlarda bir-birilərini daim dəstəkləmələrini bir nümunə kimi dəyərləndirdi. Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camali ölkəmizə ilk dəfə 1993-cü ildə səfər etdiyini və ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdığını ehtiramla xatırladı. O, ötən dövr ərzində Azərbaycanda çox böyük inkişaf proseslərinin şahidi olduğunu dedi. Mir Can Camali ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcəyini bildirdi. O, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi və parlamentlərarası əlaqələr sahəsində daha da genişləndirməyin zəruriliyini qeyd etdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.