Dilqəm Şahbazovdan, Lerik, Azərbaycan
29 fevral 2012, 15:00
Hörmətli cənab Prezident,
Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Sizin iştirakınızla fevralın 26-da Bakı şəhərində keçirilən ümumxalq yürüşünü internet vasitəsilə dəfələrlə izlədim. Məndə Sizə bu məktubu yazma istəyi yarandı. Bir daha əmin oldum ki, Azərbaycan etibarlı əllərdədir. Sizin kimi öndə gedən lideri olan xalq xoşbəxtdir. Əmin ola bilərsiniz ki, izdihamlı yürüşdə arxanızca gələn insanlar Sizin siyasətinizi dəstəkləyənlərin az bir hissəsidir. Həmin yürüşü izləyən dünya ictimaiyyəti anladı ki, başda Prezident olmaqla Azərbaycan xalqı yekdildir, həmrəydir, düşmənlərinə, ən əsası isə erməni işğalçılarına qarşı mübarizə işində yenilməzdir.
Cənab Prezident, biz vətəndaşlar Sizin siyasətinizi daim dəstəkləyirik və ətrafınızda sıx birləşmişik.
Hörmətlə,
Şahbazov Dilqəm Mərifət oğlu – tələbə
Azərbaycan Respublikası, Lerik rayonu, Təbrizli kəndi.