|
01 mart 2012, 18:45
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunun iştirakçılarına
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunun iştirakçılarını səmimi qəlbdən salamlayır və hər birinizə ölkələrinizin gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram. İslam sivilizasiyası əsrlər boyu sülh və tolerantlığı, bəşəri ideyaları, humanizm və mərhəməti təşviq etmiş və milyonlarla insanı bu ali dəyərlər ətrafında birləşdirmişdir. Azərbaycan islam dünyasının tərkib hissəsi olmaqdan hər zaman qürur duymuşdur. Uzun illərdir ki, Azərbaycanda islam mədəniyyəti və islam dini ilə yanaşı bütün başqa dinlərə dərin hörmət, dözümlülük, müxtəlif dinlərə mənsub olan insanların əməkdaşlıq və sülh şəraitində yaşayışı əsas həyat tərzinə çevrilib. Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir. Bu sahədə uğurların əldə edilməsi müxtəlif dövlətlərin alim və tədqiqatçıları arasında regional və beynəlxalq əməkdaşlığın intensivliyindən və davamlı olmasından asılıdır. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi sivilizasiyalar və mədəniyyətlərarası dialoqun təşviqinə qarşılıqlı hörmət və anlaşma əsasında öz töhfəsini verir. Azərbaycanın İƏT-in xətti ilə keçirilən çoxsaylı tədbirlərin məkanına çevrilməsinin həm coğrafi, həm tarixi, həm də elmi-mədəni əsasları vardır. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin üçüncü Forumunun Bakıda işinə başlaması əlaqələrin ənənəyə çevrilməsi, mütərəqqi ideya və innovasiyaların təqdimatı və mübadiləsi üçün əlverişli mühit yaradacaqdır. İnanıram ki, Forum iştirakçılarının aktual problemlər və çağırışlar, milli təcrübələr ətrafında fəal dialoqunun təşkil edilməsi müxtəlif qitələrdən olan intellektualların səylərini bir araya gətirməklə dünyada sülhə, rifah və əmin-amanlığa xidmət edəcəkdir. Bir daha sizin hamınızı Azərbaycanda ürəkdən salamlayır və Forumun işinə uğurlar arzulayıram.
İlham Əliyev Bakı şəhəri, 1 mart 2012-ci il. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.