|
05 mart 2012, 12:00
Zati-aliləri cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç, Rusiya Federasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin seçkilərdə qələbəniz rusiyalıların Sizə və Sizin ölkədə siyasi və sosial sabitliyin, iqtisadi artımın təmin edilməsinə, demokratik təsisatların daha da inkişaf etməsinə, qanunçuluğun və hüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyətin həyatında mənəvi, əxlaqi dəyər və normaların müdafiəsinə yönəlmiş proqramınıza yüksək etimad göstərmələrinə dəlalət edir. Ölkələrimiz arasında çoxəsrlik xoş ənənələrə əsaslanan dostluq, mehriban qonşuluq münasibətləri bu gün hərtərəfli və dinamik inkişaf edir. Əminəm ki, bizim birgə səylərimiz sayəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlətlərarası qarşılıqlı fəaliyyət, strateji tərəfdaşlıq xalqlarımızın rifahı, regionda sülh, sabitlik və təhlükəsizlik naminə daha da möhkəmlənəcək və genişlənəcəkdir. Əziz Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. Dost Rusiyanın tərəqqisi naminə dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar diləyirəm! Dərin hörmətlə,
İlham Əliyev Bakı, 5 mart 2012-ci il. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.