Gerb

05 mart 2012, 19:30
11098

Əfqanıstana səfər edən Polşa Respublikasının Prezidenti Bronislav Komorovski yolüstü Bakıda olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Bronislav Komorovski ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilmiş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilmişdir.