|
06 mart 2012, 18:00
Azərbaycan və Gürcüstan prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Prezident İlham Əliyev Gürcüstan dövlətinin başçısını Azərbaycanda bir daha salamladı. “Biz tez-tez həm Azərbaycanda, həm Gürcüstanda, həm də digər ölkələrdə görüşürük və müzakirələr aparırıq”, - deyən dövlətimizin başçısı bildirdi ki, həmişə ikitərəfli münasibətlərin cari məsələləri ilə bağlı fikir mübadiləsinə ehtiyac vardır. Görüşdə regiondakı vəziyyət və ikitərəfli layihələrlə bağlı fikir mübadiləsinin aparıldığını, ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev bütün istiqamətlər üzrə, o cümlədən siyasi, iqtisadi, energetika sahələrində ölkələrimiz arasında tam anlaşmanın, əlaqələndirmənin və qarşılıqlı dəstəyin mövcud olduğunu vurğuladı. Azərbaycan dövlətinin başçısı əmin olduğunu bildirdi ki, budəfəki səfər əlaqələrimizin inkişafına, dostluq və qardaşlıq münasibətlərinin gələcək inkişaf yollarını müəyyənləşdirməyə imkan verəcəkdir. “Doğrudan da hər dəfə Bakıya gəldikdə nəinki tərəqqiyə, Azərbaycanın sıçrayışlı inkişafına heyran qalırsan”, - deyən Prezident Mixeil Saakaşvili bildirdi ki, o, hələ Azərbaycana ilk səfəri zamanı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişaf yolunda olduğunu görmüşdü. Azərbaycanın dünyanın 155 dövlətinin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçildiyini deyən Gürcüstan Prezidenti bunu mütləq rekord və dünya səviyyəli nailiyyət kimi xarakterizə etdi. “Bu, iqtisadi çəkisi, siyasi mövqeyi və inkişaf nümunəsi olması baxımından Azərbaycanın böyük regional lider kimi həm ölkə daxilində, həm də beynəlxalq arenada keçdiyi yolu göstərir”, - deyən Prezident Mixeil Saakaşvili Bakı ilə yanaşı, Azərbaycanın regionlarının, ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun inkişafının həsəd doğurduğunu vurğuladı. “Bu, bizi məmnun edir”, - deyən Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkələrimizin əməkdaşlığının nümunəvi xarakter daşıdığını diqqətə çatdırdı. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.