|
12 mart 2012, 12:40
Azərbaycan və Xorvatiya prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi: -Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Sizi Azərbaycanda bir daha salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında münasibətlərin inkişafında çox mühüm rol oynayacaqdır. Biz ikitərəfli əməkdaşlığa aid bir çox məsələləri müzakirə etdik. Bu, çox səmimi və açıq müzakirələr oldu. Əminəm ki, səfərinizin nəticələri çox uğurlu olacaq və əməkdaşlığımız genişlənərək bir çox sahələri əhatə edəcəkdir. Bu gün müzakirə etdiyimiz kimi, aramızda çox fəal siyasi dialoq mövcuddur. Siyasi münasibətlərimizin səviyyəsi əladır. Səfəriniz bunun yaxşı göstəricisidir. Lakin, hesab edirəm ki, həyatımızın digər sahələrinə də nəzər yetirməliyik. Bu gün biz iqtisadi əməkdaşlığı, sərmayə imkanlarını müzakirə etdik. Fikrimcə, ikitərəfli münasibətlərimizin uğurlu inkişafı regionlarımız arasında da daha yaxşı əlaqələrin qurulmasına yardım edəcəkdir. Azərbaycan Xəzər dənizi regionunda olduqca mühüm rol oynayır. Siz öz regionunuzda aparıcı dövlətlərdən birisiniz. Bir sözlə, ölkələrimiz arasında sıx əlaqələr birmənalı olaraq regional əməkdaşlığa çox yaxşı təsir göstərəcəkdir. Əminəm ki, səfərinizin nəticələri uğurlu olacaq və ölkələrimiz bir-birinə daha yaxın olacaqdır. Dəvətimizi qəbul etdiyinizə və Azərbaycana gəldiyinizə görə Sizə çox minnətdarıq. Bu haqda biz əvvəlki görüşlərimizin birində razılığa gəlmişdik. Ümidvaram ki, Sizin maraqlı və məhsuldar səfəriniz olacaqdır. Ölkəmizə xoş gəlmisiniz. X X X Xorvatiya Respublikasının Prezidenti İvo YOSİPOVİÇ səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi: - Cənab Prezident, səmimi qəbula və qonaqpərvərliyə görə minnətdaram. Mən və nümayəndə heyətimiz burada olmağımızdan çox məmnunuq. Buna səbəb təkcə siyasi əməkdaşlıq deyil, o cümlədən iqtisadi və mədəni sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olmasıdır. Bir sözlə, nümayəndə heyətimiz gələcək iqtisadi əməkdaşlığımızı təfərrüatı ilə müzakirə etməyə hazırdır. Sizin regionda sərmayə qoymaqla bağlı böyük planlarınızdan məlumatımız vardır. Cənub-Şərqi Avropa regionu ilə Qafqaz regionu arasında yaxşı əməkdaşlıq imkanları mövcuddur. Ölkələrimizin kəşməkəşli tarixi olubdur. Tarixi baxımından təcrübəmiz oxşardır. İkitərəfli münasibətlərimiz qarşılıqlı anlaşmaya əsaslanır. Bu gün biz üç saziş imzalayacağıq. Bu da vacibdir və iqtisadi əməkdaşlığımıza şərait yaradacaqdır. Qonaqpərvərliyinizə görə minnətdaram. Tam əminəm ki, nəinki bu görüş, o cümlədən bu gün keçirəcəyimiz digər görüşlər də səmərəli olacaqdır. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.